...

Azərbaycan parlamenti özəl mühafizə ilə bağlı qanun layihəsini təsdiq edib

Siyasət Materials 10 Aprel 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Alizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihəsi qəbul edilib. Qanun layihəsi ilə bağlı parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, qanun layihəsi Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib. Komissiya sədri vurğulayıb ki, qanun birinci və ikinci oxunuş zamanı verilmiş təkliflər əsasında təkmilləşdirilib. Ciddi mübahisələrə səbəb olmuş özəl mühafizə ilə məşğul olan şəxslərin silah daşımasına icazə verən maddə qanundan tamamilə çıxarılıb.

Ə.Hüseynov deyib ki, özəl mühafizə ilə məşğul olmaq sahibkarlıq fəaliyyətinin bir növü kimi nəzərdə tutulub.

Qanuna əsasən, hərbi xidmət keçmiş oğlanlar və yaşı 20-yə çatmış qızlar özəl mühafizə fəaliyyəti ilə məşğul ola bilərlər. Ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər, habelə Azərbaycan vətandaşı olmayan şəxslər özəl mühafizə ilə məşğul ola bilməzlər. Özəl mühafizə ilə məşğul olan şəxslər ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçməlidirlər. Eyni zamanda onların geyimləri dövlət tərəfindən təyin edilən mühafizəçilərin və hüquq-mühafizə orqanları əmakdaşlarının geyimindən əsaslı şəkildə fərqlənməlidir.

Xəbər lenti

Xəbər lenti