...

Azərbaycan hökuməti qeyri-dövlət təşkilatlarının büdcədən maliyyələşdirilməsini dəstəkləyir

Siyasət Materials 24 Aprel 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın baş naziri Artur Rəsizadə qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşdirilməsi üçün təkliflər zərfinin hazırlanmasına dair Maliyyə Nazirliyinə xüsusi tapşırıq verəcək. Bununla bağlı cərşənbə axşamı Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyevin baş nazirlə görüşündə razılıq əldə olunub. Quliyev Trend ə açıqlamasında bildirib ki, görüşdə Milli QHT Forumunun ofislə təmin olunması məsələsi də müzakirə edilib və baş nazir problemin həll olunacağını deyib.

Görüşdə həmçinin Əli Bayramlıda yeni telekanalın açılması, müəssisələrin işə salınması məsələləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti