...

Azərbaycanda "Yaradıcı təşkilatlar haqqında" qanun layihəsi hazırlanır

Siyasət Materials 25 Aprel 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli / Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası tərəfindən "Yaradıcı təşkilatlar haqqında" qanun layihəsi hazırlanır. Bu barədə Trend ə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri, millət vəkili Nizami Cəfərov məlumat verib.

Cəfərov bildirib ki, qanun layihəsində yaradıcı təşkilatların funksiyaları, quruluşu və onların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi əksini tapacaq. Millət vəkilinin sözlərinə görə, bu qanunun hazırlanmasında məqsəd yaradıcı təşkilatları qeyri-hökumət təşkilatlarından ayırmaqdır. Çünki QHT-lər ictimai təşkilatlardır.

"Belə bir praktika Rusiya və Ukraynada var. Biz qanunu hazırlayanda, onların praktikasından yararlanacağıq. Qanun layihəsi hazırlanandan sonra yaradıcı təşkilatlara göndəriləcək və onların rəyindən sonra müzakirələr aparılacaq" deyə Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti