...

Prezident Aleksandr Lukaşenko: "Azərbaycan və Belarus arasında əməkdaşlığı təqdir etməyən bədxahlar var"

Siyasət Materials 2 May 2007 17:17 (UTC +04:00)
Prezident Aleksandr Lukaşenko: "Azərbaycan və Belarus arasında əməkdaşlığı təqdir etməyən bədxahlar var"

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/ "Azərbaycan və Belarus arasında əməkdaşlığı təqdir etməyən bədxahlar var". Bu barədə çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə geniş formatda keçirilən görüşdə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko bəyan edib.

O, qeyd edib ki, Azərbaycan və Belarus kiminsə ziddinə və ya ziyanına əməkdaşlıq etmək istəmir və kiməsə qarşı dostluq etməyə hazırlaşmır. Lukaşenko vurğulayıb ki, onların layihəsinə digər ölkələrin qoşulmasının tərəfdarıdır.

O bildirib ki, Azərbaycan və Belarus xalqları arasında çox yaxşı münasibətlər var. Lukaşenkonun sözlərinə görə, Belarusda yaşayan azərbaycanlılardan heç biri və həmçinin Azərbaycanda yaşayan belarus ona qarşı münasibətə görə şikayət etməyəcək.

Prezident Əliyev qeyd edib ki, Azərbaycan və Belarus yaxın inteqrasiya yolundadır və səfər çərçivəsində Azərbaycan və Belarus arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Əliyev gələcək əməkdaşlığa ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti