...

Fransalı politoloq: Yeni prezidentin hakimiyyəti dövründə Fransa-Azərbaycan münasibətləri dəyişməyəcək

Siyasət Materials 8 May 2007 17:36 (UTC +04:00)
Fransalı politoloq: Yeni prezidentin hakimiyyəti dövründə Fransa-Azərbaycan münasibətləri dəyişməyəcək

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Yeni prezidentin hakimiyyəti dövründə Fransa-Azərbaycan münasibətləri dəyişməyəcək. Bu barədə bu gün Parisdən telefon vasitəsilə Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun baş məsləhətçisi, politoloq Dominik Moizi bildirib. "Azərbaycanla münasibətlərdə ciddi dəyişiklilklər görmürəm, Fransa ölkənizə qarşı öz mövqeyini dəyişmir, bu həmçinin Rusiyaya da aiddir", deyə o, bildirib.

Martın 19-da Fransanın Konstitusiya Şurası 12 namizəddən ibarət rəsmi siyahını elan edərək prezident seçkilərinə start verib. Sorğulara əsasən, prezident kürsüsünə əsas namizədlər martın 26-na qədər daxili işlər naziri vəzifəsini tutmuş, "Xalq hərəkatı naminə Birlik" (UMP) partiyasından olan Nikolya Sarkozi və Sosialist Partiyasından namizədliyini irəli sürmüş Seqolen Ruayal və "Fransa demokratiyası naminə birlik" mərkəzçi partiyasının lideri Fransua Bayru hesab olunub. Bundan başqa ikinci mərhələyə keçmək şansına "Milli Cəbhə" (FN) sağ-radikal partiyasından olan milliyətçi Jan Mari Le Pen də malik olub.

Seçicilərin çoxluğu ilə müşahidə olunmuş seçkilərin birinci mərhələsi aprelin 22-də keçirilib və 31 faiz səs toplamış Nikolya Sarkoziyə qələbə gətirib. Seqolen Ruayal isə 25 faiz səs toplayb. İkinci mərhələdə də seçicilərin yüksək fəallığı qeyd olunub - 86 faiz. Bu göstərici hətta birinci mərhələnin göstəricisindən yüksək olub.

İkinci mərhələnin nəticələrinə əsasən, Nikolya Sarkozi Fransanın prezidenti seçilib. Ona seçicilərin 53 faizi səs verib. Onun əsas rəqibi Seqolen Ruayal səslərin 47 faizini əldə edib. Yeni prezident səlahiyyətlərinin icrasına rəsmən mayın 16-da inauqurasiyadan sonra başlayacaq.

"Fikirləşmirəm ki, Sarkozi Fransa ilə xarici dövlətlərin münasibətlərində nəyisə dəyişəcək. Sarkozi üçün hazırda ən əsası Aralıq dənizi birliyinin yaradılması ideyasıdır, Türkiyənin də iştirak edəcəyi bu birlikdə iştirak etməkdir. Lakin məlum olduğu kimi, Türkiyə məhz Avropa Birliyinin üzvü olmaq niyyətindədir. Türkiyə Aralıq dənizi birliyinə üzvlük barədə fikirləşmir. Artıq 14 ildir ki, Türkiyənin Avropa Birliyinə daxil olması üzrə danışıqlar aparılır və hazırda danışıqlar davam etdirilir. Ümumilikdə Türkiyə ilə münasibətlərdən başqa digər ölkələrlə münasibətlər dəyişmir, münasibətlərin mahiyyətinin deyil, formasının dəyişməsi mümkündür". Xatırladaq ki, ölkədə yüksək dövlət vəzifəsinə namizədlərin televiziya debatları zamanı Sarkozi bəyan edib ki, Fransanın prezidenti seçiləcəyi təqdirdə Ankaranın Avropa Birliyinə daxil olmasına mane olmaq niyyətindədir. Onun fikrincə, "Avropa Birliyinin sərhədsiz genişlənməsi Avropanın siyasi inteqrasiyasının ölümü deməkdir".

Moizi qeyd edib ki, yeni seçilmiş prezidentin əsas prioritetlri Fransanın daxili işləridir. O, liberal iqtisadiyyata üstünlük verməklə daha çevik iqtisadiyyat sistemi yaratmaq istəyir. Eyni zamanda o, ölkəni modernləşdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti