...

Mərkəzçi partiyaların yeni birliyi yaradılır

Siyasət Materials 17 May 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mərkəzçi partiyaların yeni birliyi yaradılır. Bu barədə Yaşıllar Partiyasının sədri Elmar Qafarov məlumat verib.

Onun sözlərinə görə, bir neçə müxalifətyönlü, mərkəzçi partiyaların arasında danışıqlar aparılır. Məqsəd qarşıdan gələn prezident seçkiləri ilə bağlı bu siyasi qüvvələrin birliyini təmin etmək və onları birləşdirən yeni qurum yaratmaqdır.

"Azərbaycanda yeni siyasi blokların yaranması posesi gedir. Bunların əksəriyyəti gələn il keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlıdır. Artıq fəaliyyət göstərən bloklardan kənarda qalmış, gələcək seçkilərə dair hələlik öz mövqeyini bildirməyən partiyalar isə bu məsələni müzakirə edir, seçkidə kiminlə birgə iştirakın mümkünlüyünü gözdən keçirirlər. Aparılan bu danışıqların nəticəsində yeni bir birlik yaradılacaq" - deyə Qafarov qeyd edib.

Onun sözlərinə görə, həmin partiyalar orta mövqedə duran, həm müxalifətə, həm iqtidara müxalifətdə dayanan partiyalardır. Yeni qurum hələlik Birlik və ya Şura adlanacaq. Prezident seçkilərinə az müddət qalmış isə blok kimi formalaşa bilər.

Xəbər lenti

Xəbər lenti