...

Polşa DİN rəhbərinin Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb

Siyasət Materials 17 May 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Polşa daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri Polşa daxili işlər naziri Yanuş Kaçmarekin Bakıya səfəri zamanı müzakirə olunacq. Cümə axşamı Polşanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Voysex Qureskinin verdiyi məlumata görə, ilkin olaraq səfər 30 may-2 iyun tarixlərinə nəzərdə tutulub.

Səfər Polşa DİN rəhbərinin Cənubi Qafqaz ölkələrinə turnesi çərçivsəsində baş tutacaq. Hazırda səfərin tarixi və görüşlıərin proqramı dəqiqləşdirilir. Tərəflərin transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və insan alveri ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Tərəflər təcrübə mübadiləsi aparacaq.

Xəbər lenti

Xəbər lenti