...

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla İş üzrə Dövlət Komissiyası hesabatını açıqlayıb

Siyasət Materials 23 May 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla İş üzrə Dövlət Komissiyası və onun İşçi qrupu cari ilin birinci rübü ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə 10-a yaxın görüş keçirib. Dövlət Komissiyasından çərşənbə günü Trend ə verilən məlumata görə, görüşlərdə "Ante mortem" proqramı çərçivəsində aparılacaq işlər barədə fikir mübadiləsi aparılıb, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, o cümlədən əsir götürülmüş Azərbaycan əsgərləri - Samir Məmmədov və Eldəniz Nuriyevin azad olunması istiqamətində danışıqlar aparılıb. Hesabat dövründə itkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı  dövlət orqanlarından, beynəlxalq təşkilatlardan daxil olmuş 30 sorğu icra olunub.Dövlət Komissiyasına müraciət etmiş 37 nəfər itkinin qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib. Milli Təhlükəsizlik Nazirliyi Əks-Kəşfiyyat Baş İdarəsindən daxil olmuş sorğulara əsasən, 1996-cı ilin may ayında əsirlikdən azad olunmuş 34 nəfər və itkin düşdüyü bildirilən 1 nəfər erməni ilə bağlı materiallar hazırlanaraq göndərilib. Həmçinin 2 erməni ilə bağlı sorğu verilib. Əsirlikdən azad edilmiş 20 nəfərin izahatı təhlil edilərək araşdırma işi aparılıb, ermənilər tərəfindən azərbaycanlı əsir-girovlara  işgəncələr verilməsi, onların qətlə yetirilməsi, tarixi abidələrin, qəbiristanlıqların və yaşayış məntəqələrinin dağıdılması və digər zəruri məlumatlar müvafiq bazalara əlavə edilib, 2 nəfərin videomüsahibəsi əsasında arayış tərtib edilib. Hesabat dövründə Dövlət Komissiyasına 186 sənəd daxil olub, 214  məktub (sorğular, müraciətlər, daxil olmuş məktublara cavab və s.) aidiyyətı üzrə göndərilib..

Xəbər lenti

Xəbər lenti