...

ABŞ dövlət katibinin köməkçisi: "Rusiya ilə ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün birgə səylər göstərir"

Siyasət Materials 25 May 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Rusiya ilə ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün birgə səylər göstərir. Bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar olmasına gətirib çıxaracaq. Bu sözləri ABŞ Konqresinin Helsinki komissiyasının üzvləri qarşısında çıxış edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Deniel Frid deyib.

Fridin bildirdiyinə görə, Qarabağ münaqişəsinin həlli Azərbaycanla Ermənistandan asılıdır və bu, tərəflərin qarşılıqlı marağıdır. "Yazda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə regionda idim. Məqsəd Azərbaycan və Ermənistan prezidentlərinə Qarabağ nizamlanmasının əsas prinsiplərini təqdim etmək idi. Bu, münaqişənin həllinin əsas prinsipləridir" - deyə o vurğulayıb. Fridin bildirdiyinə görə, Qarabağ münaqişəsinin həlli Azərbaycanla Ermənistandan asılıdır və bu, tərəflərin qarşılıqlı marağıdır. "Yazda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə regionda idim. Məqsəd Azərbaycan və Ermənistan prezidentlərinə Qarabağ nizamlanmasının əsas prinsiplərini təqdim etmək idi. Bu, münaqişənin həllinin əsas prinsipləridir" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti