...

Azərbaycanın baş prokuroru: "Eynulla Fətullayevin təsis etdiyi qəzetlərdə terrorçuluqla hədələmə faktları olub"

Siyasət Materials 31 May 2007 11:42 (UTC +04:00)
Azərbaycanın baş prokuroru: "Eynulla Fətullayevin təsis etdiyi qəzetlərdə terrorçuluqla hədələmə faktları olub"

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Azərbaycanın baş prokuroru Zakir Qaralov cümə axşamı jurnalistlərə açıqlamasında bəyan edib ki, Eynulla Fətullayevin təsis etdiyi "Realnı Azerbaydjan" qəzetinin saytında terrorçuluqla hədələmə faktları mövcüd olub. Onun sözlərinə görə, bu baxımdan Fətullayev Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə təqsirləndirilib.

"Həmin qəzetdə Azərbaycandakı bəzi dövlət obyektlərinin, müxtəlif konkret ünvanlar göstərilməklə, guya İran tərəfindən bombalanması kimi məlumatlar gedib. Bu, terrorçuluqla hədələmə məlumatlardır" - deyə baş prokuror əlavə edib.

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Fətullayev barəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 214.2 maddəsi ilə cinayət işi açılıb. Onun təsis etdiyi qəzetlər isə fəaliyyətini dayandırıb.

Azərbaycanda 21 jurnalistin xarici ölkələrdən siyasi sığınacaq istəməsi məsələsinə münasibət bildirən baş prokuror deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı var və bütün jurnalistlərin hüquqları qorunur. Hər hansı jurnalistin siyasi sığınacaqla bağlı müraciət etməsi onun öz hüququdur.

Bir qrup jurnalist Azərbaycanda söz və mətbuat azadlığına təzyiqlərə etiraz olaraq siyasi sığınacaq verilməsi üçün xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti