...

Milli Məclisin yaz sessiyasının vaxtı uzadılacaq

Siyasət Materials 31 May 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend , müx. İ.Əlizadə/ Milli Məclisin yaz sessiyasının vaxtı uzadılacaq. Bu barədə cümə axşamı Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib. O qeyd edib ki, qanunvericiliyə görə, Milli Məclisin 43 deputatının təşəbbüsü ilə parlament sessiyasının vaxtı uzadıla bilər.

"Artıq 43 deputat Milli Məclisin yaz sessiyasının vaxtının uzadılmasına dair müraciəti imzalayıb, parlamentin bu gün keçirilən iclasında bunula bağlı müvafiq qərar qəbul ediləcək" - deyə İbrahimov əlavə edib.

Komissiya sədri qeyd edib ki, yaz sessiyasının vaxtının uzadılması gündəlikdə qəbulu vacib olan bir sıra qanunların olması ilə bağlıdır.

Komissiya sədri sessiyanın vaxtının nə qədər uzadılacağına dair konkret bir söz deməyib. Yalnız bildirib ki, bu müddət 15 gün, 1 ay və daha çox ola bilər.

Qanunvericiliyə görə, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır.

Xəbər lenti

Xəbər lenti