...

Rusiyalı deputat: ABŞ-ın Rusiyanın RƏMS üzrə təklifinə reaksiyası Vaşinqtonun əsil niyyətlərini göstərəcək

Siyasət Materials 8 İyun 2007 13:18 (UTC +04:00)

Trend-i buradan izləyin

ABŞ-ın Rusiya prezidentinin raket əlyehinə müdafiə probleminin həlli üzrə təklifinə reaksiyası Vaşinqtonun Şərqi Avropada RƏMS yerləşdirməsi planları arxasında dayanan əsl niyyətlərini göstərəcək. Dövlət Dumasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev belə hesab edir.

"RİA Novosti"nin məlumatına əsasən, ABŞ özünün RƏMS elementlərini Polşa və Çexiyada yerləşdirməyi planlaşdırır və Rusiya qəti olaraq bunun əleyhinədir.

Dünən "böyük səkkizlik" sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Corc Buş Amerika tərəfinin planları üzrə hərbi ekspertlər səviyyəsində dialoq aparmaq barədə razılığa gəliblər. Putin Amerika prezidentinə Azərbaycanda yerləşən Qəbələ radiolokasiya stansiyasını (RLS) istifadə etməyi təklif edib.

"Bizim amerikalı əməkdaşlarımızın Rusiyanın təklifinə necə reaksiya verməsindən amerikalıların yer kürəsinin hər hansı bir regionundan irəli gələn təhlükələrdən real narahat olduğunu və bu təhlükələrin Rusiya və ABŞ üçün ümumi olmasının həqiqət olduğunu aydın bildirəcək. Bu halda Qəbələ RLS üzrə bizim əməkdaşlığımız tamamilə təbii olacaq", - deyə cümə günü "RİA Novosti"yə müsahibəsində Kosaçev bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın təklifini qəbul edəcəyi təqdirdə, "təbii ki, RƏMS elementlərinin Polşa və Çexiyada yerləşdirilməsi üzrə hazırkı planlardan imtina ediləcək", Moskva və Vaşinqton arasında əməkdaşlıq müttəfiqlik prinsipi üzrə qurulacaq.

"Əgər Amerika tərəfi bu və ya digər bəhanə ilə Rusiyanın bu təklifindən imtina etsə, o zaman mövcud layihənin əsl məqsədinin yalnız fərz olunan İran, Şimali Koreya təhlükələri deyil, bizim əvvəl təxmin etdiyimiz kimi, Rusiyanın özünün nüvə potensialının qarşısının alınması olduğu tamamilə aydın olacaq", - deyə Kosaçev bəyan edib.

"Hərbi-texniki nöqteyi-nəzərdən bu, RƏMS elementlərinin yerləşdirilməsi coğrafiyasının digər izahı yoxdur", - deyə o əlavə edib.

Kosaçevin sözlərinə görə, əgər ABŞ Rusiyanın təşəbbüsünü qəbul etsə, bu, Moskva və Vaşinqton arasında yeni əməkdaşlığın başlanğıcını qoyacaq, belə ki, "ilk dəfə olaraq Rusiya və ABŞ-ın raket əleyhinə sistemlərinin ilkin elementləri birləşdiriləcək və rəqabət deyil, yeni təhlükələrə qarşıdurma üçün iki sistemin əməkdaşlığı başlayacaq".

Rusiya prezidentinin Amerika tərəfinə etdiyi təklif "çox böyük, uzaqgörən təşəbbüs", "kəsərli xarakter kəsb edən təklifdir", - deyə deputat bildirib.

Bu təklif "yalnız ilin deyil, on illiyin hadisəsidir". Kosaçev belə hesab edir.

"ABŞ-ın təşəbbüsü qəbul edəcəyinə və texnologiya detallarına ilişməyərək onu layiqincə qiymətləndirəcəyinə çox ümid edirəm", - deyə Kosaçev bildirib.

Xəbər lenti

Xəbər lenti