...

Ukrayna prezidenti hesab edir ki, GUAM ölkələrindəki münaqişələrin nizamlanması üçün yeni etibarlılıq rejimi lazımdır (video)

Siyasət Materials 16 İyun 2007 11:01 (UTC +04:00)
Ukrayna prezidenti hesab edir ki, GUAM ölkələrindəki münaqişələrin nizamlanması üçün yeni etibarlılıq rejimi lazımdır (video)

Ukrayna, Kiyev /xüsusi müxbir Trend E.Hüseynov/ GUAM ölkələrinin ərazisindəki "qaynar", "soyuq" münaqişələrin mövzusu Ukrayna üçün hələ də aktualdır. Bu sözləri Kiyevdə Trend informasiya agentliyinə və bir sıra Azərbaycan tedekanallarına müsahibəsində Ukrayna prezidenti Viktor Yuşenko GUAM sülhməramlı batalyonunun yaradılması məsələsini şərh edərkən deyib.

"Sülhməramlı batalyounun yaradılması məsələsini müzakirə edəndə ilk növbədə bu mövqedən çıxış edirik ki, parlamentin iradəsi olmadan, yaxud da Təhlükəsizlik Şurası və ya ATƏT-in mandatı olmadan belə bir birləşmələri heç kim yaratmağa hazırlaşmır" - deyə o bildirib.

Bununla yanaşı Yuşenko hesab edir ki, tarix, coğrafiya bu cür sülhməramlı batalyounlar vasitəsi ilə "soyuq" və "qaynar" münaqişələrin həlli üçün kifayət qədər optimal yolu tapmağa imkanlar verir. Prezidentin sözlərinə görə, bu məsələ həm Azərbaycan, həm Moldova, həm də Gürcüstan üçün aktualdır.

"Mənə elə gəlir ki, tərəfdaşlar açıq dialoqu və GUAM formatında milli maraqların reallaşmasına hörməti istifadə edərək müvafiq təşəbbüsün iştirakçılarının etibarını qazana biləcək hərbi birləşmənin rasional istifadəsi ilə bağlı daha effektiv razılaşma əldə edə bilərlər. Zənnimcə, belə bir birləşmə köhnə münaqişələrin həlli üçün yeni imkanlar aça bilərdi" - deyə Yuşenko bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, bu münaqişələrin nizamlanması üçün yeni etibarlılıq rejimi, yeni vasitələr lazımdır. Həmçinin yeni üsullar tapılmalıdır.

"Biz bu gün nizamlanmaya daha çox cavab verən siyasəti formalaşdırmağa başlayırıq. Məsələn, biz Dnestryanı münaqişə barədə danışırıq. Bir il əvvəl biz həm Moldova parlamentinin, həm də Dnestryanı tərəfin qəbul etdiyi nizamlanma planını təklif etdik. Yəni münaqişədən çıxmağın planı artıq var. İndi onun icrasının qrafikini formalaşdırmaq, ayrı-ayrı bəndlərini daha dolğun etmək lazımdır. Deyərdim ki, tez-tez belə nizamlanmaların tərkib hissəsi sülhməramlı birləşmələr olur. Ona görə də düşünürəm ki, bu təklif həm Azərbaycan, həm də Gürcüstan üçün maraqlı olacaq. Təəssüf ki, bu mövzu bu region üçün hələ də aktual olaraq qalır" - deyə Yuşenko vurğulayıb.

Xəbər lenti

Xəbər lenti