...

Milli Məclisin yaz sessiyası başa çatdı

Siyasət Materials 16 İyun 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin şənbə günü keçirilən növbədənkənar iclası ilə qanunverici orqanın yaz sessiyasına yekun vurulub. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, millət vəkilləri və parlament yaz sessiyası zamanı çox məsuldar işləyib.

"Milli Məclis yaz sessiyaasında bir sıra mühüm qanunlar və qərarlar qəbul edib", -deyə spiker əlavə edib.

Qanunvericiliyə görə, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır. 42 deputatın müraciəti əsasında parlamentin sessiyasının müddəti artırıla bilər. Belə bir müraciət əsasında yaz sessiyasının müddəti artırılmışdı.

Qanunverici orqanın payız sessiyası oktyabrın 1-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti