...

İranın xarici işlər naziri: "Rusiya Amerikanın regionda destabilizasiyaya gətirib çıxaracaq raket əleyhinə müdafiə sistemində mövqe tutmağa hazırlaşmır"

Siyasət Materials 18 İyun 2007 17:01 (UTC +04:00)

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd Əli Hüseyni əmindir ki, Rusiya Amerikanın Orta Şərqdə destabilizasiyaya gətirib çıxaracaq raket əleyhinə müdafiə sistemində mövqe tutmağa hazırlaşmır.

"İRNA"ın verdiyi məlumata əsasən, nazirin sözlərinə görə, Tehran Azərbaycanda yerləşən Qəbələ RLS-in ABŞ-la birgə istismarı bərədə Rusiyanın təklifi ilə bağlı öz mövqeyini Moskvaya aydın izah edib.

Amma o, bu mövqenin nədən ibarət olduğunu açıqlamayıb.

7 iyun 2007-ci il tarixində "Böyük Səkkizliy"in sammiti çərçivəsində RF prezidenti Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. O, raket əleyhinə müdafiə elementlərinin yerləşdirilməsi ilə bağlı təklifin üstünlüyünü onun Polşa və Çexiya ərazisində deyil, Azərbaycan ərazisində yerlşdərilməsi ilə izah edib. RF prezidentinin bildirdiyinə görə, Qəbələ RLS rəqibin raketlərini traktoriyasının başlanğıc anında aşkar etməyə və vurmağa imkan verəcək. "RBK"nın verdiyi məlumatda göstərilir ki, Putinin sözlərinə görə, bu halda raketin qalıqları Avropa şəhərləri ərazisinə deyil, dənizə düşəcək ki, bu da bir o qədər əhəmiyyət daşımır. Qəbələ RLS dünyada bu növdə olan ən nəhəng stansiyadır. Stansiya sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. İllik icarə haqqı 14 mln. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti