...

Azərbaycanda yaşayan qaçqınlar adından beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Siyasət Materials 19 İyun 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Beynəlxalq qaçqınlar günü ilə bağlı "Azərbaycanda miqrant və məcburi köçkünlərin hüquqlarının müdafiəsi" İctimai Birliyi BMT-yə, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT sədrinə, Minsk qrupunun həmsədri olan ölkə başçılarına müraciət edib.

BMT Baş Assambleyasının 4 dekabr 2000-ci il tarixli xüsusi qətnaməsinə əsasən, hər il 20 iyun Beynəlxalq qaçqınlar günü kimi qeyd olunur.

Müraciətdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, 250 mindən artıq Ermənistan vətəndaşı olan azərbaycanlının öz doğma ata-baba yurdlarından qovulması, işğalçıların Azərbaycana qarşı əsassız ərazi iddiaları barədə məlumat verilir. Dağlıq Qarabağdan, onun ətrafındakı Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarından, həmçinin Ermənistanla həmsərhəd olan Tovuz, Qazax, Ağstafa və Gədəbəy roayonlarından 750 mindən çox insanın doğma ocağından qovularaq məcburi köçkünə çevrildiyini bildirilir.

Həmçinin məlumat verilir ki, Azərbaycana Çeçenistandan, Əfqanıstandan, İran, İraq və Pakistandan on minlərlə qaçqın gələrək burada məskunlaşıb. Görülən müsbət işlərə baxmayaraq, qaçqınların həyatında çoxsaylı maddi və mənəvi problemlər qalmaqdadır.

Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlər adından edilən müraciətdə

Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda nizamlanması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün addımlar atılması beynəlxalq təşkilatlardan xahiş edilir.

Xəbər lenti

Xəbər lenti