...

Azərbaycan öz sədrliyi dövründə GUAM-ın fəaliyyətini gücləndirmək niyyətindədir

Siyasət Materials 19 İyun 2007 18:02 (UTC +04:00)

Azərbaycan öz sədrliyi dövründə "Demokratiya və iqtisadi inkişaf üzrə təşkilat-GUAM"-ın fəaliyyətini aktivləşdirmək niyyətindədir. 2007-2008-ci illər üçün Azərbaycanın sədrlik proqramı GUAM dövlətlərinin Bakıda keçirilən ikinci sammitində təsdiq olunub. Sənəddə Azərbaycan tərəfinin öz sədrliyi müddətində reallaşdırmasını nəzərdə tutduğu təklifləri əksini tapıb.

Təkliflər GUAM məkanında münaqişələrin həlli zamanı əməkdaşlıq; hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlıq; beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət; digər ölkələr və beynəlxalq təşkilatlarla əmkdaşlıq; iqtisadityyat sahəsində qarşılıqlı fəaliyyət və GUAM-ın işgüzar dairələrinin əməkdaşlığına şərait yaratmaq; rabitə, nəqliyyat informasiya texnologiyaları sahəsində əməkdaşlıq, GUAM-ın nəqliyyat dəhlizlərinin inkişafı; altrnativ enerji mənbələri də daxil olmaqla enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq; fövqəladə halların xəbərdarlığı sahəsində əməkdaşlıq; GUAM-ın parlament assambleyası çərçivəsində əməkdaşlığa şərait yaradılması; humanitar və turizm sahəsində əməkdaşlıq; GUAM-ın institutlaşdırılmasının başa çatdırması kimi istiqamətləri əhatə edir.

Xəbər lenti

Xəbər lenti