...

Azərbaycan XİN rəhbərinin İrana səfər proqramı açıqlanıb

Siyasət Materials 19 İyun 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın rəsmi şəxsləri ilə ikitərəfli və regional əməkdaşlıq üzrə aktual məsələləri müzakirə etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı telefonla Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib. Danışıqlar Azərbaycan XİN rəhbərinin Tehrana səfəri çərçivəsində baş tutacaq. Səfər əsasən iyunun 20-də İranda keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakla bağlıdır. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İran prezidenti Mahmud Əhmədinejad, parlamentin sədri Əbdülqadir və xarici işlər naziri Mənuçöhr Mottəki ilə görüşməyi planlaşdırır.

Tərəflər İran və Azərbaycan prezidentlərinin növbəti rəsmi görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparacaqlar. Rusiyanın Azərbaycanda icarəyə götürdüyü və birgə istifadə etmək üçün ABŞ-a təklif etdiyi Qəbələ RLS, həmçinin regiondakı təhlükəszlik məsələləri müzakirə ediləcək.

İran XIN rəhbəri də həmçinin Tehranda Rusiya, Türkmənistan və Qazaxıstandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Xəzərin hüquqi-statusu, regional təhlükəsizliyin təmin olunması və Xəzərdə əməkdaşlığın inkişafı məsələləri, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunması planlaşdırılır.

5 Xəzəryanı dövlətin XİN rəhbərləri Xəzər dənizinin hüquqi statusunun müəyyən olunacağı ikinci Xəzər sammitinə hazırlıqla bağlı məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, ikinci Xəzər sammitinin hələ 2003-cü ildə keçirilməsi planlaşdırılırdı.

Xəbər lenti

Xəbər lenti