...

Ötən il Lənkəranda baş vermiş cinayət hadisəsinin üstü açılıb

Siyasət Materials 21 İyun 2007 11:09 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Ötən il Lənkəranda baş vermiş cinayət hadisəsinin üstü açılıb. Bu barədə cümə axşamı Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə 16 mart 2006-ci il tarixində gecə saat 02:00 radədələrində baş verib. Lənkəranın Şağlakükə kənd sakini, 1927-ci il təvəllüdlü Kəlbiyeva Mədinə Şaxsuvar qızının evinə naməlum şəxslər girərək onun və nəvəsi, 198-ci il təvəllüdlü Sevinc Şükürovanın əl-qolunu və ağzını yapışdırıcı ilə sarıyaraq, evi qarət ediblər. Qarətçilər evdən 74 ədəd özəlləşdirmə çeki götürüblər. Kəlbiyeva uzun müddət əl-qolu və ağzı sarıqlı olduğundan ölmüşdü.

Lənkəran Rayon Prokurorluğu və şəhər, rayon polis şöbəsinin birgə apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətkarlar tutulub. 20 iyun 2007-ci il tarixində Rayon Prokurorluğunda aparılan istintaq zamanı məlum olub ki, Lənkəran şəhər sakini 1969-cu il təvəllüdlü Qasımova Aybəniz Qəzənfər qızının təşkilatçılığı ilə Lənkəran şəhər sakini Siyavuş Ağayev və onun yeznəsi Verovul kənd sakini Ramil Məmmədov törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb. Lənkəran Rayon Prokurorluğunda istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti