...

İlham Əliyev: "Bu ilin sonunda Azərbaycanda ilk dəfə hərbi sənaye məhsulu istehsalına başlanılacaq"

Siyasət Materials 22 İyun 2007 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Bu ilin sonunda Azərbaycanda ilk dəfə hərbi sənaye məhsulu istehsalına başlanılacaq. Bunu cümə günü Azərbaycan prezidenti İlham Əliyev deyib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbin yeddinci buraxılış mərasimində iştirak edən prezident qeyd edib ki, Azərbaycan hərbi texnikanı xaricdən alsa da, ölkədə hərbi sənaye məhsulunun istehsalı üçün hər şey edilir. Əliyev həmçinin ölkədə hərbi-sənaye kompleksinin yaradılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ordusu çox sürətlə inkişaf edir. Təkcə ordunun hərbi potensialı möhkəmlənmir, həmçinin hərbçilərin hazırlığı güclənir. Prezident əlavə edib ki, bu sahədə hələ çox işlər görülməlidir. Əliyevin sözlərinə görə, son 4 ildə orduya xərclənən vəsaitlərin həcmi 4 dəfə artıb və indi hərbi xərclər ölkə büdcəsində birinci yeri tutur.

Prezidenti bildirib ki, müharibə hələ bitməyib, bu üzdən də Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsinə xüsusi diqqət yetirməkdə davam edəcək.

Əliyev qeyd edib ki, Azərbaycan büdcəsinin müdafiə xərcləri Ermənistanın ümumi büdcəsinə bərabərdir. O qeyd edib ki, Azərbaycan gələcəkdə də inkişaf edəcək və bundan sonra Ermənistan Azərbaycan qarşısında tab gətirə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti