...

ABŞ hökuməti: "ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sədaqətlidir"

Siyasət Materials 10 İyul 2007 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ABŞ hökuməti Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sədaqətlidir. Bu fikirlər ABŞ və Azərbaycan hökumətlərinin 10-cu illik İkitərəfli Təhlükəsizlik Dialoquna dair birgə bəyanatında deyilir.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti və Azərbaycan hökuməti iyulun 9-10-da Vaşinqtonda 10-cu illik ikitərəfli təhlükəsizlik dialoqu keçiriblər. ABŞ nümayəndə heyətinə Dövlət Departamenti katibinin siyasi-hərbi məsələlər Bürosu üzrə yardımçısının səlahiyyətlərini icra edən Stiven D.Mall və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısının müavini Mətyu Brayza, Azərbaycan nüamyəndə heyətinə xarici işlər nazirinin muavini Araz Əzimov başçılıq ediblər.

Nümayəndə heyətində ABŞ Dövlət Departamentinin bir neçə bürosundan, Müdafiə Departamenti, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentindən nümayəndələr iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Fəvqəladə Hallar, Daxili İşlər nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndələri olublar.

Birgə bəyanatında deyilir ki, ABŞ və Azərbaycan hökumətləri çoxlu sayda milli təhlükəsizliklə əlaqədar maraqları paylaşır: "Təhlükəsizliyə görə məsuliyyət təkcə hərbiyyəninin üzərinə düşmür: uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün demokratikləşdirmə müstəsna əhəmiyyətə malikdir. ABŞ hökuməti Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sədaqətlidir və bütün üç şərik siyasi prioritet sahəsində irəliləyiş görmək istərdi: təhlükəsizlik əməkdaşlığı, enerji əməkdaşlığı, siyasi və iqtisadi islahatlar yolu ilə demokratiyanın inkişaf etdirilməsi"-deyə bəyanatda deyilir.

Əlavə olaraq qeyd edilir ki, terrorizm əleyhinə əməkdaşlıq, su və sərhəd təhlükəsizliyi proqramları, silahların yayılmasının qarşısının alınması sahəsində narahatlıq, raketdən müdafiə, mühüm energi infrakstruktur müdafiəsi, Azərbaycanın NATO ilə münasibətləri və əlaqədar təhlükəsizlik sektorunda islahatlar, Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-da hazırki sədrliyi də daxil olmaqla, geniş sayda milli və regional təhlükəsizlik məsələləri ilə bağlı hökumətlər arasında məsləhətləşmələr aparılıb. Nəticədə növbəti addımlar barədə razılaşma əldə olunub.

İkitərəfli təhlükəsizlik dialoqu nəticəyönümlü forumdur və ölkələrin təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsinə xidmət edir: "Biz bu gün müzakirə olunmuş vacib məsələləri davam etdirmək üçün çeşidli icra yollarından istifadə edəcəyik".

Hökumətlərarası növbəti görüş iyulun 28-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti