...

Balakən polisi "Xaşxaş- 2007" şərti ad altında əməliyyat keçirib

Siyasət Materials 2 Avqust 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Balakən rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 11 870 kiloqram çətənə kolu aşkarlanıb. Bu barədə cümə axşamı polis şöbəsinin rəis müavini Loğman İsmayılov məlumat verib. Onun sözlərinə görə, "Xaşxaş- 2007" şərti ad altında əməliyyat rayonun Hənifə kəndində keçirilib. İsmayılov bildirib ki, dörd hektar ərazidə yabanı halda bitən çətənə kolları yandırılaraq məhv edilib.

Balakən paytaxt Bakıdan 390 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti