...

İranlı politoloq: Bir çox ölkələr İranın təhlükəli şəkildə güclənməsindən qorxur

Siyasət Materials 14 Avqust 2007 19:38 (UTC +04:00)
İranlı politoloq: Bir çox ölkələr İranın təhlükəli şəkildə güclənməsindən qorxur

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatinoğlu/ Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının İranın əleyhinə 3-cü qətnaməsinə dəstək verməsinin səbəbi İranın Orta Şərqdə güclü dövlətə çevrilmə ehtimalına görədir. "Ölkədən xaric qüvvələrin İranın nüvə proqramına qarşı sərt reaksiyalarının birinci səbəbi İranın bölgədə təhlükəli şəkildə güclənmə ehtimalından ibarətdir "- deyə ABŞ-da fəaliyyət göstərən iranlı politoloq və "İnternational" dərgisinin baş redaktoru Mohsen Ebrahimi bildirib.

BBC avqustun 13-də Britaniya parlementinın xarici əlaqələr komitəsini İrana qarşı qoyulan sanksiyaların daha da radikallaşması barədə məsləhət verərək, İran orta şərqdə getdikcə müdaxiləsinin artmasından və böhranların genişlənməsindən xəbər verib.

Mohsen Ebrahimi çərşənbə axşamı Torontodan telefonla bildirib ki, Atom Energetikası Üzrə Beynəlxalq Agenliyin nümaüəndələrinin İrana ardıcıl səfərləri və müzakirələrinin ən əhəmiyyətli nəticəsi İran əleyhinə 3-cü qətnamədən ibarətdir. "BMT-nin təhlükəsizlik şurasi İranın əleyhinə 3-cü qətnamənin həyata keçirilməsini təsdiq edib. bu Qətnamə İranın nüvə proqramı məsələri ilə bağlıdır".

Ebrahimi əlavə edib:" Qətnamədə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusya, Çin və digər ölkələr birinci dəfə olaraq ABŞ-a İrana qarşı dəstək verib.

O, bildirib:" Rusya İranın Buşəhr nüvə stansiyasının yanacağını təmin etməyə müqavilə imzalayıb. Amma son zamanlar Rusya İrana nüvə yanacaqları satmağı külli miqdarda azaldıb. Rusya İranın nüvə proqramları ilə bağlı İranın çoxlu miqdarda Rusyaya borclu olduğunu bildirir. Amma səbəb başqadır. İranın atom bombasına yiyələnməklə siyasi və hərbi baxımdan bölgənin mütləq gücünə çevrilmək istəyir. Rusya isə bunu düşünüb. Dəqiq desəm Rusya islami hərəkatın bölgədə, xüsusi ilə İranın şilmalında olan qonşu ölkələrdə güclənməsini özünə təhlükə hesab edir. Beləliklə, İranın Rusyaya külli miqdarda borcu olduğunu bəhanə edərək, İranın nüvə proqramlarının təkmilləşməsinə mane olur".

3-cü qətnamənin hərbi sanksyaları İrana silah satmağı qadağa etdiyi zaman, iqtisadi baxımdan isə Saderat bankından əlavə, Sipəh bankının da xarici hesablarının bamlanılmasını tələb edir. Beləlilkə, "Sipah Pasdaran" adlı İran hərbi qüvvəsinin sədrlərinin xaricdə olan bank hesabları məhdudlaşdırılıb."

Ebrahimi bildirib ki, 3-cü qətnamənin ən əhəmmiyyətli yeri İran nüvə programları ilə məşğul olan "Sipah Pasdaran" qüvvələrinin sədrlərinin xaricə səfərinə qadağa qoymaqdan ibarətdir.

"İran prezidenti Əhmədinejad və digər müvafiq qüvvələr ABŞ və Avropa birliyinin sərt reaksiyalarına, sanksiyaların iqtisadi və siyasi baxımdan İranı iflic olmasına rəğmən atom bombasının istehsalına israr göstərirlər" - deyə, İranlı politoloq bildirib.

O, hesab edir ki, nüvə fəaliyyətləri qətiyyən İrana lazim deyil, hətta, sülh yönlü atom enerji istehsalı da gərəksizdir. "İranın yetərincə neft-qaz yanacaq ehtiyatları var. Bundan əlavə nüvə fəaliyyətlərindən törənən səhiyyə baxımdan təhlükəli maddələrin və zibillərin harada məhv ediləcəyi məlum deyil"- deyə, Ebrahimi bildirb.

Xəbər lenti

Xəbər lenti