Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) çərşənbə günü Fəxri Xiyabanda Azərbaycan milli azadlıq hərəkətanın lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət edib.
Elçibəy 2000-ci il avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında 63 yaşında dünyasını dəyişib.
KXCP üzvləri Məşədi Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana qədər yürüş ediblər. Yürüş zamanı polis aksiyaya müdaxilə etməyib. Aksiya iştirakçıları "Elçibəy" şüarları səsləndiriblər.