...

Xuraman Şuşalı: "Heç vaxt Aygün Kazımovanın oxşarı olmaram!"

Cəmiyyət Materials 18 Sentyabr 2007 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /müx. TrendLife Şahin Cavadsoy/

Şou sakinlərinin həndəvərində gəzib-dolaşan insanların populyar sima olmalar, sən demə, böyük önəm daşıyırmış. Düzdür , müğənnilərimiz bu istəklərini açıqcasına bəyan etməsələr də, gördüklərimiz deməyə əsas verir ki, böyük əksəriyyət yanında işinə yarıyan birisinin gəzməsi üçün çox çalışır.

Bir vaxtlar tele-aparıcı, indi isə prodüser kimi fəaliyyətini davam etdirən Sayqa, bir aydan artıqdır ki, gənc müğənni Xuraman Şuşalının yanında gəzib-dolaşır. O , xeyli müddət əməkdar artist Aygün Kazımovanın köməkçisi vəzifəsində çalışıb. Sayqanın niyə görə "transfer" etdiyini TrendLife-a açıqlayan X.Şuşalı, özünə belə haqq qazandırır: "Keçmiş prodüserim Zenanın səhhətində bəzi problemlər yarandığı üçün, yeni bir işçiyə ehtiyac duyurdum. Danışıqlarımız uğurlu alındığından, Sayqa xanımla işbirliyinə start verdik. Bəli, hamı bilirdi ki, Sayqa Aygün xanımın prodüseri olub. Amma b, o demək deyil ki, mən yaradıcılığımı başqa istiqamətlərdə davam etdirəcəm. Yəni, qısası, heç vaxt Aygün Kazımovanın oxşarı olmaram. Əminəm, yeni layihələr həyata keçirə bilməyimizdə heç bir çətinliklə üzləşməyəcəyik. Yeniliklərin hansı səviyyədə olacağını isə, zaman göstərəcək".

Xəbər lenti

Xəbər lenti