...

İrəvan teatrında müxtəlif teatrların ktyorları tamaşa hazırlayırlar

Cəmiyyət Materials 21 Sentyabr 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı. 21 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Artıq xəbər verdiyimiz kimi İrəvan teatrı 125 illik yubileyinə bir neçə primyera hazırlayır. Teatrın direktoru İftixar Piriyevin TrendLife-a verdiyi məlumata görə, hazırda "Körpü" tamaşasının məşqləri gedir. Tamaşanın qurluşçu müəllifi İftixar Piriyev, rejissoru xalq artisti Vaqif Əsədov, baş rəssamı Nazim Bəykişiyev, bəstəkarı- əməkdar artist Cavanşir Quliyevdir. Tamaşada İrəvan Dövlət Dram, Rus Dram, Suxumi Gürcüstan teatrının aktyorları iştirak edəcəklər. Onu da qeyd edək ki, erməni rolunu Dağıstandan olan akytor oynayacaq. "Körpü" tamaşasında, həmçinin, tanınmış aktyorlarımız Yaşar Nuri, Rafiq Hüseynov, Tamila Abdullayeva və başqalarının iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti