...

Cavad Xan filminin çəkilişləri başa çatdı

Cəmiyyət Materials 3 Oktyabr 2007 12:35 (UTC +04:00)

Azərbaycan, bakı, 3 oktyabr /müx. TrendLife Günel Əhmədova/

"Cavad Xan" filminin yaradıcı heyəti filmin çəkilişlərinin başa çatdığı haqqında TrendLife-a açıqlama verib. Məlumatda bildirilir ki, bü münasibətlə yaradıcı qrup bir araya gəlib. "Cavad Xan" filminin senari müəllifi, xalq şairi Sabir Rüstəmxanlı, quruluşçu rejissor Rövşən Almuradlı, quruluşçu operator Məhəmməd Məcidi, baş rolun ifaçısı, xalq artisti Nurəddin Mehdixanlı (Cavad xan), xalq artisti Ramiz Novruz (Sisiyanov), quruluşçu rəssam Rafiq Nəsirov, rejissorlar Ənvər Həsənov və Əliqulu Səmədov, baş redaktor Aydın İbrahimov vg başqaları çıxış edərək, döyüş səhnələri ilə zəngin olan,çətin quruluşa malik bir filmin qısa müddətdə başa çatdığını xüsusi vurğulayıblar. Azərbaycanın kino tarixində mövcud olan azsaylı tarixi filmlər içərisində "Cavad xan"ın xüsusi ilə seçiləcəyinə inandığını bildirən Rüstəmxanlı, xalqımızın mübarizə və qürur simvollarından sayılan Cavad xana ucaldılan bu abidəni "müstəqilliyimizin mədəniyyətimizə bəxş etdiyi dəyərli hadisə" adlandırdı. Quruluşçu rejissor Almuradlı isə, filmin növbəti mərhələsinin də uğurla başa çatacağı barədə kollektivi əmin etdi. Mehdixanlı isə əlavə etdi ki, yaradıcı qrupun saatlarla çəkiliş meydançasını tərk etməməsi nəticəsində meydana dəyərli ekran işi çıxıb. Onun firkincə, aktyorların aldıqları zədələr belə, çəkilişlərə mane olmayıb. Xatırladaq ki, Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, kompüter qrafikasından istifadə edilən "Cavad Xan" filminin yanvarın sonunda təhvil verilməsi nəzərdə tutulur. Hazırda filmin istehsalında yekun mərhələyə - montaj və səsləndirilmə mərhələsinə hazırlıq görülür.

Xəbər lenti

Xəbər lenti