...

"Bizim yol" qəzetinin əməkdaşının həbs müddəti uzadılıb

Cəmiyyət Materials 22 Oktyabr 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Rüşvət almağa görə həbs olunmuş "Bizim yol" qəzetinin əməkdaşının həbs müddəti 3 ay uzadılıb.

Müşfiq Hüseynlinin vəkili Vüqar Xasayev bildirib ki, həbs müddətinin uzadılması barədə Nəsimi rayon məhkəməsi müdafiə tərəfinin iştirakı olmadan qərar qəbul edib. Vəkil məhkəmə qərarında həbs qətimkan tədbirinin uzadılması üçün heç bir əsas göstərilmədiyini deyib. İstintaq tədbirlərinin yekunlaşmaq ərəfəsində olduğunu vurğulayan vəkil istintaqın müddətinin daha 3 ay uzadılmasını Hüseyinliyə qarşı təzyiq kimi qiymətləndirib.

Hüseynli iylun 24-də hüquq-mühafizə və Milli Təhlükəsizlik Nazirliyi idməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxtdakı "Qurd qapısı" restoranında tutulub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşından rüşvət almaqda günahlanıdırılır.

İyulun 26-da Nəsimi Rayon Məhkəməsi jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi.

Xəbər lenti

Xəbər lenti