...

Gametv.az prodüser mərkəzinin rəhbəri Balaş Qasımov: "Finala hər üç komanda çıxa bilərdi. Sadəcə, Teymur Hacıyevin komandasının bəxti gətirdi"

Cəmiyyət Materials 22 Oktyabr 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Keçən bazar "Nə? Harda? Nə zaman?" oyununun payız seriyası başa çatdı. Üç komandadan ikisi seçim turunda 5:6 hesabı ilə məğlub oldu. Finalda isə, Teymur Hacıyevin komandası tamaşaçılara 6:4 hesabı ilə qalib gəldi. TrendLife üçün oyunun payız seriyasını verilişin aparıcısı Balaş Qasımov belə şərh etdi. "Hesab edirəm ki, əvvəlki oyunlara nisbətən irrəliləyiş var. Layihə həm texniki, həm də yaradıcı baxımdan çox maraqlı alınmışdır.Məncə, hər üç komanda qalib olub, payız seriyasının finalına çıxa bilərdi. Sadəcə, Teymur Hacıyevin komandasının bəxti gətirdi. Anar Əzimovun da göstərdiyi oyunu uğurlu saymaq olardı. O ki qaldı İsmayıl Səfərəliyevin komandasına, mənə elə gəlirdi ki, onlar çoxdandır bizim komandada iştirak edirlər. Çox yaxşı oyun nümayiş etdirdilər"

Xəbər lenti

Xəbər lenti