...

Nazir: "Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə dəyən ziyanla bağlı məhkəmə prosesləri həyata keçiriləcək"

Cəmiyyət Materials 23 Oktyabr 2007 12:21 (UTC +04:00)
Nazir: "Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə dəyən ziyanla bağlı məhkəmə prosesləri həyata keçiriləcək"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın işğal altında olan torpaqları azad olunduqdan sonra ətraf mühitə dəyən ziyanla bağlı audit keçiriləcək, çərşənbə axşamı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib. Onun sözlərinə görə, auditin nəticələrindən asılı olaraq həmin ərazilərdə təbiətə vurulan bütün ziyanla bağlı qanunamüvafiq tədbirlər görüləcək və ayrı-ayrı qurumlara qarşı məhkəmə prosesləri həyata keçiriləcək.

Azərbaycanın işğal altında qalmış 20 faiz torpağında dövlət əhəmiyyətli meşələrin sahəsi 975,9 min hektardır. Bütün bu meşələrin oduncaq ehtiyatı 120,58 milyon kub metrdir. Həmin ərazilər işğal olunduqdan sonra meşələr ermənilər tərəfindən qırılır. Nazirliyin məlumatına görə, meşələ ərazilərinin yarısı qırılıb. Eyni zamanda, ermənilər işğal altında olan ərazilərin 40 min hektarında yanğınlar törədib. Digər tərəfdən işğal altında olan kəlbəcər rayonunun "Söyüdlü" qızıl yatağında qanunsuz istismar işləri aparılır. Ermənilər artıq həmin qızıl yatağından 15 tona qədər qızıl çıxarıb.

Nazir deyib ki, hazırki durumda, Azərbaycanın Ermənistanla müharibə apardığı dövrdə beynəlxalq məhkəmələr vasitəsilə ətraf mühitə dəyən ziyanın ödənilməsi mümkün deyil.

Xəbər lenti

Xəbər lenti