...

Azərbaycan cüdoçuları cari ilin on ayı ərzində 31 medal qazanıblar

Cəmiyyət Materials 26 Oktyabr 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan cüdoçuları cari ilin on ayının yekunu üzrə 31 medal qazanıblar.

Trend xəbər verir ki, hesablama dünya və Avropa çempirnatları, həmçinin super kubok və kubok yarışlarında atletlərin göstərdikdləri nəticələr üzrə aparılıb. Burada daha çox Braziliya mundialının "Gümüş" medalçısı, İtaliyadakı çempionatın qalibı və Parisdə təşkil edilən yarışın ikinncisi olan Elnur Məmmədli ( 73 kq) özünü yaxşı tərəfdən göstərib. Eyni zamanda Azərbaycanın medal daxılına daha çox bürünc medalı Kifayət Qasımova ( 57 kq) əlavə edib. Danimarka, Portuqaliya və Çexiyada keçirilən dünya kubokları və Avropa çempionatını üçüncü yerdə qapayan idmançı, həmçinin Minskdə təşkil olunan dünya kubokunun qalibi olub.

Ümumilikdə isə Azərbaycn cüdoçuları 11 qızıl, 8 gümüş və 22 bürünc medal qazanıblar.

Xəbər lenti

Xəbər lenti