...

Azərbaycanın mədəniyyət nümayəndələri Səudiyyə Ərəbistanına yollanacaqlar

Cəmiyyət Materials 31 Oktyabr 2007 06:55 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. "TrendLife" E. Hüseynzadə/ Noyabrın 10-dan 16-na kimi Səudiyyə Ərəbistanında Azərbaycanın mədəniyyət günləri keçiriləcək. Mədəniyyət və turizm nazirliyinin mətbuat-katibi İntiqam Hümbətovun "TrendLife"a verdiyi məlumata görə ora 80 nəfərdən ibarət nümayəndə heyyəti göndəriləcək. Həmin nümayəndələrə Mədəniyyət və turizm naziri olan Əbülfəs Qarayev özü başçılıq edəcək. Səudiyyə Ərəbistanına Azərbaycan Dövlət rəqs ansamblı , " Muğam " teatrının instrumental kollektivi , "Pantomim" teatrının truppası , solistlər Azər Zeynalov , Mənsum İbrahimov , Təyyar Bayramov, Nəzakət Teymurova , Lalə Məmmədova , Vəsilə İbrahimova yollanacaq . Həmçinin xalçaçılıq , rəsm əsərləri , milli geyimlər və s ibarət sərgi keçiriləcək .

Xəbər lenti

Xəbər lenti