...

Azərbaycanlı boksçu Samir Məmmədov olimpiya oyunlarına lisenziya qazanıb

Cəmiyyət Materials 1 Noyabr 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı boksçu Samir Məmmədov (51 kq) Çikaqoda keçirilən dünya çempionatında Olimpiya 2008-ə lisenziya qazanıb. Trend xəbər verir ki, Evro-2006-nın gümüş mükafatçısı 1/8 finalda 23:13 hesabı ilə Tacikistandan olan idmançı Ənvər Yunusovu çempionatdan kənarlaşdırıb. ?-ə çıxmaqla o, Pekin Olimiadasına lisenziyanı avtomatik olaraq qazanıb. Ən azı bürünc medal qazanmaq üçün Samir bu döyüşdə portorikalı Makvilyams Aroyya qalib gəlməlidir.

Digər dəri əlcək ustaları Ruslan Xairov ( 69 kq) və Romal Amanov ( 60 kq) isə çinli Silam Xanati və Frenki Qevenə məğlub olaraq lisenziya qazana bilməyiblər.

Xəbər lenti

Xəbər lenti