...

"Özəl universitetlərdə təhsilin keyfiyyəti aşağı səviyyədədir"- təhsil naziri

Cəmiyyət Materials 14 Noyabr 2007 16:10 (UTC +04:00)
"Özəl universitetlərdə təhsilin keyfiyyəti aşağı səviyyədədir"- təhsil naziri

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Özəl ali məktəblərdə təhsilin keyfiyyəti aşağı səviyyədədir. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

"Özəl ali məktəblərin fəaliyyəti ilə bağlı narahatçılıq doğuran əsas məqam təhsilin keyfiyyətinin aşağı olmasıdır" - deyə təhsil naziri əlavə edib.

Azərbaycanda 43 universitet fəaliyyət göstərir. Onlardan 29-u dövlət, 14-ü isə özəl ali məktəblərdir. Özəl ali məktəblərdə 22259 nəfər tələbə təhsil alır.

Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi özəl ali məktəblərdə mövcud olan qanunsuzluq və çatışmazlıqları aradan qaldırmaq üçün ciddi işlər görüb və bu işlər davam etdirilir: "Bir neçə özəl təhsil müəssisəsinin bağlanması da bu işlərin tərkib hissəsidir".

Xəbər lenti

Xəbər lenti