...

Senzuranın ləğvi Azərbaycan mətbuatının inkişafına mənfi təsir göstərib-Prezidentin İcra Aparatının şöbə müdiri

Cəmiyyət Materials 20 Noyabr 2007 15:21 (UTC +04:00)
Senzuranın ləğvi Azərbaycan mətbuatının inkişafına mənfi təsir göstərib-Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Senzuranın ləğvi Azərbaycan mətbuatının inkişafına mənfi təsir göstərib. "Senzura ləğvindən sonra Azərbaycan jurnalistləri ilə cəmiyyət arasında problemlər getdikcə çoxalır"- çərşənbə axşamı jurnalistlərə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycan mətbuatı üzərində senzura 1998-ci ildən ləğv edilib. Ölkə qanunvericiliyinə edilən dəyişikliklərə görə, mətbu orqanın fəaliyyəti üçün lisenziyanın verilməsi də ləğv olunub. Senzuranın ləğvindən sonra "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib və 9 jurnalist həbs edilib.

Həsənov bildirib ki, jurnalistlərlə cəmiyyət arasında yaranan problemin əsas səbəbi bəzi jurnalistlərin digər insanların hüquqlarına sayğısız yanaşmasıdır. Onun sözlərinə görə, bəzi jurnalistlər vətəndaşların şərəf və ləyaqətini alçaldır. Bu da ayrı-ayrı insanların jurnalistlərə qarşı qeyri-qanuni əməllərinə gətirib çıxarır və nəticədə, Azərbaycanın imicinə xələl gətirir. Prezident Aparatının rəsmisi hesab edir ki, Azərbaycan jurnalistlərinin peşəkarlığı artırılmalıdır.

Xəbər lenti

Xəbər lenti