...

Azərbaycanın ədliyyə naziri İndoneziyada keçiriləcək beynəlxalq konfransda iştirak edir

Cəmiyyət Materials 23 Noyabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İndoneziyada rəsmi səfərdədir. Bu barədə cümə günü Ədliyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Mətbuat xidmətindən verilən məlumata görə, nazir Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (ІAASA) tərəfindən təşkil olunan konfransda iştirak edir.

Nazirliyin mətbuat xidməti Macarıstanın Azərbaycandakı səfirliyinin, nazirin bu ölkədə səfərdə olması barədə məlumatını təkzib edir.

Xəbər lenti

Xəbər lenti