...

Abbas Ağalarovun xatirə turnirində altı ölkədən boksçular iştirak edəcək

Cəmiyyət Materials 4 Dekabr 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Dekabrın 5-də Azərbaycanda boks məktəbinin yaradıcısı olan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir start götürəcək. Bakıda keçiriləcək yarışda altı ölkədən boksçular iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, yarışda Uels, Şotlandiya, Ukrayna, Rusiya və Gürcüstandan olan dəri əlcək ustaları mübarizə aparacaqlar. Memoriala 100-dən çox boksçunun qatılacağı gözlənilir. Belə ki, rinq sahibləri yarışda üç komanda ilə təmsil olunacaq. Bu, yığmanın ehtiyat boksçularının yoxlanılması ilə izah olunur. Ağalarovun xatirəsinə həsr olunacaq turnir cari ildə gənclər üçün son iri yarış olacaq.

Bakıdakı ənənəvi yarışın əsas favoriti rinq sahibi hesab olunur.

Xəbər lenti

Xəbər lenti