...

Azərbaycan zəvvarlarının ikinci qrupu həccə yola düşəcək

Cəmiyyət Materials 6 Dekabr 2007 01:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ İslamın buyurduğu əsas şərtlərdən beşinci və sonuncusu olan Məkkəyə (Səudiyyə Ərəbistanı) həcc ziyarəti etmək üçün bu gecə Azərbaycanlı zəvvarlar 35 avtobusdan ibarət karvanla Səudiyyə Ərəbistanına yola düşəcəklər.

Bazar ertəsi Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumatda bildirilir ki, avtobus marşrutları dəyişməz qalır - İran -Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı.

QMİ nümayəndəsinin sözlərinə görə, yolda zəvvarların müsəlman aləmində müqəddəs hesab olunan yerləri ziyarət etmək imkanları olacaq.

Həcc ziyarətinin quru yolunu seçən zəvvarların birinci qrupu dekabrın 3-də yola düşüb.

Bu il Azərbaycandan 6 min zəvvar həcc ziyarətinə gedəcək. Artıq QMİ tərəfindən ayrılmış 4500 yerlik kvota dolub, qalan yerləri isə həcc ziyarətinin təşkili ilə məşğul olan özəl turist şirkətləri tutub.

Təyyarələr Bakı-Ciddə marşrutu ilə hərəkət edəcək, zəvvarlar Ciddədən avtobuslarla Məkkəyə yola düşəcəklər. Geri qayıdarkən, onlar Bakıya, əvvəlki illərdə olduğu kimi,Ciddədən deyil, Mədinədən yola düşəcəklər. "Bu, azərbaycanlı zəvvarların uçuşunu bir qədər yüngülləşdirəcək, əvvəlki illədə zəvvarlar Ciddə hava limanında sıxlıq üzündən öz reyslərini bir neçə gün gözləməli olurdular" - deyə QMİ-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti