...

Azərbaycan Avarçəkmə Federasiyası Olimpiya lisenziyası uğrunda mübarizədən çəkinmir

Cəmiyyət Materials 14 Dekabr 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan Avarçəkmə Federasiyası Olimpiya lisenziyası uğrunda mübarizədən çəkinmir.

İlin yekunlarına həsr olunmuş konfransda Federasiya rəhbəri Elçin Zeynalov qeyd edib ki, yüksək səviyyəli idmançıların hazırlanması üçün 6-10 il tələb olunur. "Son illərdə avarçəkmədə canlanma müşahidə olunduğundan, qısa müddət ərzində idmançı hazırlamaq çox çətindir. Belə olan halda, yalnız legionerlərə ümid etmək olar. İdmançıların hazırlanması məqsdilə Ukraynadan legioner və təlimçilər dəvət olunub. Əgər onlar Pekinə lisenziya qazanarlarsa, bu bizim üçün böyük uğur olacaq. Bir müddət sonra bu idmançılar Azərbaycanın Dövət Bədən Tərbiyəsi və İdman Akademiyasında fənni tədris edərlərsə, mən buna təəccüb etmərəm" - deyə Zeynalov qeyd edib.

Xəbər lenti

Xəbər lenti