...

"Olimpik" FK hücum xəttini möhkəmləndirmək niyyətindədir

Cəmiyyət Materials 15 Dekabr 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Futbol üzrə Azərbaycan çempionatının birinci dövrəsinin qalibi "Olimpik" yaranan qış fasiləsi dövründə heyətini möhkəmləndirmək niyyətindədir.

Trend in verdiyi məlumata görə, Əsgər Abdullayev başda olmaqla komandanın məşqçi qərargahı hücumçu və yarımmüdafiəçi axtarışındadır, lakin hələ ki, konkret ad açıqlanmır. "Olimpik"in heyətini yaxın vaxtlarda klubun düşərgəsində baxışda olacaq bir sıra yeni futbolçularla gücləndirmək nəzərdə tutulur. Hazırda heyətin bir çox oyunçuları məzuniyyətdədir və klub məşqləri yeni ildən sonra fəal şəkildə bərpa edəcək.

Maraqlıdır ki, Milli birinciliyin ilk yarısının yekunu üzrə "Olimpik" ikinci yerdə qərarlaşan "Xəzər"dən 5 xal irəlidədir və çempionatı qələbə ilə başa vurmaq üçün gözəl şansa malikdir.

Xəbər lenti

Xəbər lenti