...

Xanımlarımızın gözəl qalması üçün dəyərli məsləhətlər verə bilərəm - xalq artisti Məleykə Əsədova

Cəmiyyət Materials 17 Yanvar 2008 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /müx. TrendLife Cavid Osmanov/

Plastik cərrahiyyə əməliyyatı müasir həyatda ən mühüm yerlərdən birini tutur. Bu əməliyyat haqqında söhbət düşəndə insanlar iki qrupa bölünürlər. Bəziləri buna müsbət, bəziləri isə mənfi yanaşır. Arzu olunan əməliyyatlar çox vaxt uğursuz sonluqla da bitir. Buna müğənni Rəqsanəni misal göstərmək olar. Xalq artisti Məleykə Əsədova isə adıçəkilən əməliyyata heç də pis baxmır. "Plastik əməliyyata çox normal baxıram. Əgər hiss etsəm ki, hansısa hissəmin əməliyyata ehtiyacı var, düşünmədən bunu edərdim. Necə ki, bir dəfə burnumu əməliyyat etdirmişəm və çox da razıyam. Mən səhnədə Kleopatra, Şirin rolunu oynayıram. Gözəl görünməyim vacibdir. Ümumiyyətlə, qadınlar çiçək kimidir. Bir az özlərinə diqqət etməsələr, solarlar. Dünyanın bir çox yerlərində olmuşam. Bizim qızlar kimi gözəl xanımlar yoxdur. Xanımlarımıza gözəl qalmaları üçün bir neçə məsləhət vermək istərdim. Səhər yuxudan duran kimi heç bir problem haqqında düşünməsinlər. Bax, onda xanımlarımız həqiqətən də gözəl görünəcəklər. Kişilərimizə isə üzümü tutub demək istərdim ki, xanımlarımıza qarşı bir az diqqətli olsunlar. Onların həqiqətən də diqqətə, qayğıya ehtiyacları var".

Xəbər lenti

Xəbər lenti