Azərbaycan, Bakı, 18 yanvar müx. TrendLife Günel Əhmədova/
"Evrovision" müsabiqəsi ilə bağlı azərbaycanlı iştirakçıların hazırlanmasında yaxından iştirak edən ukraynalı mütəxəssislər "Muğam müsabiqəsi-2007"ni böyük maraqla izlədiklərini bildiriblər. Müsabiqədə istedadlı iştirakçıların olduğunu dilə gətirən İnna Veşinyak onlardan birini Ukraynaya dəvət etmək arzusunda olduğunu söyləyib. O bildirib ki, iştirakçılar arasından "Muğam müsabiqəsi-2007"nin qalibi, 11 yaşlı Elməddin İbrahimovu nəzərdə tutur.