...

Londonda Azərbaycana dəstək aksiyası başlayıb

Cəmiyyət Materials 6 Fevral 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral/müx.TrendLife Fərid Sadıqov/

Mayda Serbiyanın paytaxtı Belqradda "Eurovision 2008" mahnı müsabiqəsiında Azərbaycan da təmisl olunacaq. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən TrendLife-a bildirilib ki, Avropa ölkələrində yaşayan soydaşlarımız "Eurovision"da ölkəmizi təmsil edəcək Elnur Hüseynova dəstək aksiyaları keçirməyə qərar veriblər.

Artıq belə bir aksiya Londonda başlayıb. İngiltərə paytaxtında fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun başladığı kampaniyanın məqsədi Britaniyada yaşayan Azərbaycanlıların və Britaniya vətəndaşlarının müsabiqədə Azərbaycana daha çox səs vermələrini təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti