Azərbaycan, Bakı, 14 fevral /müx. TrendLife Eldar Hüseynzadə/
"Azərbaycanfilm" kinostudiyasında tanınmış rejissor, yazıçı Həsən Seyidbəyli haqqında film çəkilir. Studiyanın direktoru Vüqar Tapdıqoğlunun TrendLife-a verdiyi məlumata görə, çəkilən əsərin rejissoru Ənvər Əbluc, ssenari müəllifi Yaqub Əlioğludur. Filmdə əsasən Həsən Seyidbəylinin yaradıcılığından danışılacaq. Xatırladaq ki, o, 1963-cü ildən 1980-ci ilə qədər Kinematoqraflar İttifaqının sədri vəzifəsində çalışıb. Həsən Seyidbəyli "Uzaq sahillərdə", "Telefonçu qız", "Nəsimi", "Möcüzələr adası" kimi filmlərin ssenari müəllifi olub.