...

Azərbaycan müğənniləri "Popstar Alaturka"da pulsuz çıxış edirlər – prodüser Kemal Cenk İçten

Cəmiyyət Materials 20 Fevral 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Şahin Cavadsoy

Son vaxtlar internet forumlarnda yuzerlərin müzakirə etdiyi məsələlərin sırasında bu xəbər də yer alıb - "Yerli müğənnilərimiz qonşu dövlətlərdə həyata keçirilən musiqi layihələrində çıxış etmək üçün külli miqdarda pul xərcləyirlər". Nədənsə qardaş Türkiyədə böyük maraqla izlənilən "Popstar Alaturka" yarışması xüsusi olaraq tənqid edilir. Yazılanlara şərh vermək üçün sözügedən yarışmada yerli müğənnilərimizin iştirakını təmin edən tanınmış prodüser, "Azəri Star production"ın rəhbəri Kemal Cenk İçtenle əlaqə saxladıq: "Yüzerlərin nə yazması qətiyyən məni narahat etmir. Kimin şübhəsi varsa, həmin müğənnilərlə birbaşa əlaqə yaradıb soruşsun. Heç kim deyə bilməz ki, bu vaxta qədər təşkil etdiyim müsabiqələrdə hansısa sənətçinin verəcəyi köpük-quruşa göz tikmişəm. O ki, qaldı "Popstar Alaturka"ya, deyim ki, Azərbaycan müğənniləri bu yarışmada qonaq olmaq üçün bir qəpik də ödəmirlər. İlk olaraq Röyanın çıxışını təşkil etdik. Yəqin ki, növbəti həftələrdə digər sənətçilər də bu yarışmada qonaq olub, "Popstar Alaturka"da iştirakını davam etdirən azəri qızı Aygün Şükürovaya dəstək olarlar".

Xəbər lenti

Xəbər lenti