...

Yaponiya hökuməti Azərbaycanda sosial layihələrin reallaşdırılmasına 210 min dollar ayırıb

Cəmiyyət Materials 22 Fevral 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend / Yaponiya və Azərbaycan cümə günü "Əsaslı yardım" proqramı çərçivəsində üç qrant müqaviləsi imzalayıb.

Sənədi Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Hideomi Nakaçima, Azərbaycan tərəfindən isə üç QHT rəhbəri imzalayıb.

Müqavilə 210 min dollar dəyərində üç layihəni reallaşdırmağa imkan verəcək. Vəsait Xanlar və Xaçmaz rayonlarında məktəblərin yenidən qurulmasına, Azərbaycandakı Aykido Federasiyasının avadanlıqla təchiz edilməsinə yönəldiləcək.

"Əsaslı yardım" qrant proqramı çərçivəsində 2000-ci ildən 6 mln. dollar həcmində 101 layihə reallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti