Azərbaycan, Bakı, 7 mart / Trend , müxbir A. Salmanov/ Dələduzluqda təqsirləndirilən ABŞ-da yaşayan azərbaycanlı iş adamının həyat yoldaşına məhkəmə bəraət verib.
Xalidə Məlikova ABŞ-da yaşayan həyat yoldaşının adından istifadə edərək başqalarının əmlakını mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq (178) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend ə bildirilib ki, Məlikovaya qarşı irəli sürülən ittihamlar sübut olunmadığından ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.