...

Novruzda küsülü olduğum həmkarlarımla barışmaq fikrim yoxdur – Azərbaycan müğənnisi Səidə Sultan

Cəmiyyət Materials 19 Mart 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /müx. TrendLife Şahin Cavadsoy/

Müqəddəc bayramlardan olan Novruz axşamlarında adət etmişik ki, həmişə küsülü olan insanlar aralarında olan umu-küsülülüyü bir kənara qoyub, barışırlar. Deyəsən bu sözlərin müğənni Səidə Sultana heç bir aidiyyatı yoxdur. Məlumat üçün bildirək ki, yerli şou-biznesin iki müğənnisi - İradə İbrahimova və Aynur Dadaşova ilə Səidə bir neçə vaxtdır ki, mehriban düşmən münasibətindədirlər. Davam edən anlaşılmazlıq. Deyəsən, bayramdan sonra da davam edəcək. Hər halda, S.Sultan bu fikrdədir: "Həm İradə, həm də Aynurla elə də böyük problemim yoxdur. Sadəcə, onlar mənə lazım olan insanlar olmadığından, böyük əhəmiyyət kəsb etmir onlarla barışmağım. Düzdür, deyirlər ki, bayramlarda küsülülər mütləq barışmalıdır. Belə fikirləşirəm ki, vaxtilə bu iki müğənni mənim "quyruğumu" tapdalamasaydılar, aramızda küsülülük də olmazdı. Odur ki, Novruzda küsülü olduğum həmkarlarımla barışmaq fikrim yoxdur. Amma bütün xalqımızı bu bayram münasibətilə təbrik etməyi özümə borc bilirəm. Qoy hər günümüz bayramlarda keçsin".

Xəbər lenti

Xəbər lenti