...

Rəqqasə Fatiməyə sevgilisi brilyant dəsti hədiyyə etdi

Cəmiyyət Materials 4 Aprel 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /müx.TrendLife Safura /

Rəqqasə Fatimə bu gün 30 yaşını Muğam teatrında yaxın dostlarının əhatəsində qeyd etdi. Səbəbkar ilk təbriki prodüserindən, ilk hədiyyəni sevgilisindən aldığını bildirdi. Sevgilisinin ona nə bağışladığını soruşanda, Fatimə hədiyyənin brilyant dəsti olduğunu söylədi. Ad gününü niyə məhz Muğam teatrında və günorta saatlarında keçirməsinin səbəbini rəqqasə belə açıqladı:

"Mən, ümumiyyətlə, ad günü keçirmək istəmirdim. Lakin işlədiyim Muğam teatrının rəhbəri Arif Qazıyev mənə təklif edəndə ki, doğum günümü elə iş yerimdə, dostların əhatəsində keçirim, məmnuniyyətlə razılaşdım"

Rəqqasə Fatiməni təbrikə gələnlər arasında xalq artistləri Arif Qazıyev, Aliyə Ramazanova, müğənnilər Lalə Məmmədova, Rüfət Axundov, maestro Ceyhun da var idi. Qonaqlardan: -- Fatiməyə nə hədiyyə etdiniz?- soruşanda, maraqlı cavablar aldıq.

Arif Qazıyev tədbirin Muğam teatrında keçirilməsinin Fatiməyə hədiyyə olduğunu dedi. Xalq artisti rəqqasəyə suvenir hədiyyə bağışlayacağını da söylədi.

Fatimənin rəqs müəllimi olan Aliyə Oamazanova hədiyyəsini hamının gözü qarşısında təqdim etdi. Üzərlik üzərində göz muncuğu və şirniyyatı Fatiməyə təqdim edən Aliyə xanım, səbəbkara gözdən - nəzərdən uzaq olmağı arzuladı.

Müğənni Lalə Məmmədova gətirdiyi hədiyyənin hamıya gərəkliliyini desə də, onun nə olduğunu sirr saxladı.

Müğənni Rüfət Axundov Fatiməyə arzuladığı ətiri hədiyyə etdi.

Gül- çiçəklər, hədiyyələr, xoş sözlər və təbriklər eşidən Fatimənin 30 yaşında ən böyük arzusu yuxudan ayılan kimi qızından təbrik eşitmək idi. Lakin bu ona qismət olmadı. Bakıda olmayan 13 yaşlı qızı anasının gözünü yolda qoydu.

Xəbər lenti

Xəbər lenti