...

Hələ də Natəvan Həbibidən cavab gözləyirəm –müğənni Əkbər

Cəmiyyət Materials 3 May 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx.TrendLife Şahin Cavadsoy/

"Məndən yoxdur" devizi ilə yaşayan müğənni Əkbər, indi də həmkarı Natəvan Həbibidən "hə" cavabı almaq üçün gözlərini yollara dikib. Müğənni deyir ki, Nata ilə duet oxumaq üçün bütün iş-gücünü bir kənara qoymağa da hazırdır: "Ötən ildən pərəstişkarlarıma söz verirəm ki, bir az da səbrli olsalar, Natəvan Həbibi ilə maraqlı duetimizi eşidə biləcəklər. Günlər aylara calansa da ondan bir xəbər eşidilmir. Görüşəndə də deyir ki, hara tələsirik ay-çox, il-çox".

Söz subaylığın daşını nə vaxt atacağından düşəndə isə Əkbər bunları söylədi: "Dost tanışlarımın toyuna getdiyimi görəndə, anamın danlağına qulaq asmağa məcbur oluram. İstəyir ki, məni tez evləndirsin. Amma hər şeyin öz vaxtı var. Fikrimcə evlənmək üçün çox cavanam".

Xəbər lenti

Xəbər lenti